
"Zirə” daha bir futbolçunu heyətinə qatıb. Sportnet.az-ın məlumatına görə, gənc oyunçu Yusif Nəbiyev "qartallar”ın sıralarına qoşulub.
Müdafiəçi müqavilə ilə məxsus olduğu "Qəbələ”dən bir illik icarəyə götürülüb.
Yusif Nəbiyev ötən mövsüm icarə əsasında "Sumqayıt”ın formasını geyib.