
Azərbaycan milli komandasının sabiq futbolçusu Rauf Əliyev "Kukesi"nin heyətində Albaniya Super Liqasında növbəti qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu "Teuta" ilə VI tur matçında fərqlənib. O, 4:2 hesabı ilə qalib gələn komandasının 90+4-cü dəqiqədə son qolunu vurub.
Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Kukesi" 2-ci pillədə möhkəmlənib. 7 xalı olan "Teuta" 7-cidir. Turnir cədvəlinə isə 16 xala malik "Skenderbeu" başçılıq edir.