
2017-ci ildə futbol üzrə İsveç çempionu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Malmö” ölkə çempionatının XXVIII turunda səfərdə "Norrçöpinq”i 3:1 hesabı ilə məğlub edib. "Göy-ağlar" son 3 tur qalmış ən yaxın izləyicisi AİK ilə aradakı xal fərqini 10-a çatdırıb. Nəticədə Malmö şəhərinin eyniadlı təmsilçisi çempionluğu erkən bayram edib.