
AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Derlis Meza Kollini 1 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail"lə səfər oyunu zamanı ikinci sarı vərəqə alması səbəb olub.
85-ci dəqiqədə meydandan kənarlaşdırılmış Meza Kolli həm də klubunu 200 manat ziyana salıb.