
İtaliyada 13 yaşadək futbolçular arasında Qallini dünya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada qalib gələn "Qəbələ”nin U-13 komandası 1/4 finala adlayıb. "Qırmızı-qaralar” 1/8 finalda Xorvatiyanın "Hayduk” klubunu mübarizədən kənarlaşdırıb. Oyunun gedişində Split təmsilçisi 2:0 hesabı ilə önə keçsə də, Azərbaycan təmsilçisi əzmkar qələbə qazanmağı bacarıb – 3:2. "Qəbələ”nin heyətində Elmir Hüseynli, Okan Təhməzli və Şahin Şahniyarov fərqlənib. "Qırmızı-qaralar” daha bir qol vurmaq imkanı qazansalar da, penaltidən dəqiq istifadə olunmayıb. "Qəbələ” 1/4 finalda İsveçrənin "Mendrisiotto Selection” komandası ilə görüşəcək.
Xatırladaq ki, "Qəbələ” qrupda Bolqarıstanın "Sofiya Sport B” komandasına 14:0, İtaliya təmsilçiləri "Liventina”ya 11:0, "Ankona”ya 3:1 hesabı ilə qalib gəlib.