
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq.
Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq. Mayın 24 və 27-də isə U-20 komandamız əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.