
Türk əsilli isveçrəli baş məşqçi Murat Yakının yeni klubu müəyyənləşib. Sportnet.az-ın "fanatik.com.tr”yə istinadən məlumatına görə, 40 yaşlı mütəxəssis Rusiyanın "Spartak” (Moskva) klubu ilə rəsmi müqavilə imzalayıb.
İsveçrə "Bazel”ini 2 il ard-arda çempion edən və komandanı Avropa Liqasında yarımminala daşıyan Yakın bundan sonra Premyer Liqa təmsilçisinin uğurları üçün çalışacaq. O, yeni klubunda ilə 2+1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, bir müddət öncə "Qəbələ” klubundan ayrılan rusiyalı baş məşqçi Yuru Syominin adı da "Spartak”la hallanırdı.