
Voleybolçu qadınlar arasında Avropa çempionatında bu gün bütün mükafatçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, əvvəlcə Azərbaycan və Türkiyə yığmaları 3-cü yer uğrunda görüşə çıxıb.
Bakıdakı Milli Gimnastika Arenasında keçirilmiş görüş "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da Azərbaycan millisinin tarixində ilk dəfə medal qazanmaq arzusu yenə həyata keçməyib. Türkiyə isə bürünc mükafatçı olub.
Bu oyundan sonra Serbiya və Hollandiya milliləri arasında final oyunu olub. Serbiya 3:1 hesabı ilə qalib gəlib və Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, Yarımfinalda Serbiya Türkiyəni 3:0, Hollandiya isə Azərbaycanı 3:2 hesabı ilə yenib.
Avropa çempionatı
1 oktyabr
3-cü yer uğrunda
16:00. Azərbaycan - Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)
19:00. Hollandiya - Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)
Hakimlər: Yuray Mokrıy (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)
Milli Gimnastika Arenası.