Hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisinin heyətində ilk dəfə qırmızı vərəqə alıb.
Sportnet.az-ın məlumatına görə, bu, səfərdə İrlandiyaya qarşı 2026-cı il dünya çempionatının seçmə oyunu zamanı baş verib.
40 yaşlı hücumçu 59-cu dəqiqədə rəqib müdafiəçi Dara OŞinin kürəyinə dirsəyi ilə zərbə endirib. İsveçli baş hakim Qlenn Niberq Ronalduya əvvəlcə sarı vərəqə göstərib. Lakin o, VAR-a baxdıqdan sonra ulduz futbolçunu birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıb.
Bu, Ronaldunun Portuqaliya millisindəki 226-cı matçında ilk qırmızı vərəqəsi olub.
Qeyd edək ki, görüş İrlandiya yığmasının qələbəsi ilə yekunlaşıb.






































































