"Rəqibi təhlil edərək, güclü və zəif tərəflərini futbolçularımıza göstərmişdik. Bəlkə də məşq etməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bilmişdik. Daha çox futbolçuların bərpasına daha çox diqqət etmişdik.
Oyun pis başlamadı. Düşünürəm ki, həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də hücumlarımız zaman-zaman daha təhlükəli olurdu. Futbolçularımız 120 dəqiqəyədək vuruşub-döyüşdülər. 116-cı dəqiqədə buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz komandaya çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm.



































































