
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 125 kq-da mübarizə aparan Camaləddin Məhəmmədov almaniyalı Gennadi Kudinoviçlə qarşılaşıb.
Rəqibinə məğlub olan Məhəmmədov finala çıxa bilməyib. O, eyni zamanda Tokio olimpiadasına lisenziya şansını da əldən verib. Məhəmmədov bürünc medal uğrunda Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya) cütünün qalibi ilə güləşəcək.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) finala adlayıblar. Yarımfinalda uduzan digər güləşçi İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Təsəlliverici görüşə vəsiqə qazanan Abubakr Abakarov isə Ermənistan təmsilçisi Hovannes Mxitaryanla qarşılaşacaq.
Medal görüşləri martın 19-da keçiriləcək
---------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 74 kq-dakı Hacımurad Hacıyev yarımfinalda rumıniyalı Maksim Vasilioğlunu məğlub edərək, adını həlledici raunda yazdırıb.
Beləliklə, Hacı Əliyevdən (65 kq) sonra H.Hacıyev də Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya əldə edib.
------------------
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.
Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.
57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb.
----------------------
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayıb.
Onlardan 4-ü yarımfinala yüksəlib. 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Bazarqanov ardıcıl olaraq Niklas Steşele (Almaniya) və Razvan Kovaçı (Rumıniya) məğlub edib. Bazarqanov yarımfinalda Georgi Valentinov Vangelovla (Bolqarıstan) üz-üzə gələcək.
3 qat dünya və Avropa çempionu Hacı Əliyev (65 kq) yarımfinala gedən yolda George Ramm (Böyük Britaniya) və Selahattin Kılıçsallayandan (Türkiyə) güclü olub. Titullu idmançı finala vəsiqə qazanmaq üçün Maksim Sakultanın (Moldova) müqavimətini qırmağa çalışacaq.
74 kq-dakı Hacımurad Hacıyev Andre Afa (Fransa) və Murad Kuramaqomedova (Macarıstan) qalib gəlib. Hacıyev yarımfinalda Maksim Vasilioğlu (Rumıniya) ilə görüşəcək.
Abubakr Abakarov (86 kq) İştvan Verebi (Macarıstan) məğlub etsə də, 1/4 finalda Osman Göçenlə (Türkiyə) bacarmayıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov Tapani Heynonu (Finlandiya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Gennadi Kudinoviç (Almaniya) olacaq.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
-----------------------
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürəcək.
Sportnet.az-ın məlumaına görə, martın 21-dək davam edəcək yarışda Azərbaycanın 16 idmançısı mübarizə aparacaq.
Yarışın ilk günündə sərbəst güləşçilər - İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) qüvvəsini sınayacaq. Məhəmmədov mübarizəyə 1/4 finaldan, digərləri isə 1/8 finaldan başlayacaqlar.
Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) - 5:0
1/4 final. İslam Bazarqanov - Razvan Kovaç (Rumıniya) - 12:0
1/2 final. İslam Bazarqanov - Georgi Valentinov Vangelov (Bolqarıstan) - 1:9
Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) - 13:2
1/4 final. Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) - 5:2
1/2 final. Hacı Əliyev - Maksim Sakultan (Moldova) - 5:1
Final: Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) - 13:6
1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) - 5:4
1/2 final. Hacımurad Hacıyev - Maksim Vasilioğlu (Rumıniya) - 7:0
Final: Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) - 10:5
1/4 final. Abubakr Abakarov - Osman Göcen (Türkiyə) - 4:4.
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) - 3:2
1/2 final: Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya) - 6:16
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Xose Vaskes (İspaniya) / Paris Karepi (Albaniya)
Qeyd edək ki, martın 19 - 20-də qadın, 20 - 21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq
Qadınlardan ibarət millinin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) yarışda çıxış edəcək.
Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) olimpiadaya lisenziya qazanmağa çalışacaq..