
Azərbaycanın qadın güləşçisi Elis Manolova Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Xanım Vəliyeva ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Avropa çempionu həm finala vəsiqə, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını əldən verib. O, bürünc medal uğrunda İrina Ringaci (Moldova) ilə qarşılaşacaq.
Manolova ilə yanaşı, Leyla Qurbanova (53 kq) da "bürünc" görüşünə çıxacaq. Onun rəqibi Yuliya Leorda (Moldova) olacaq.
Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər. Onlar müvafiq olaraq, Veronika Çumikova (Rusiya) və Sara Da Kol (İtaliya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Kişilərin mübarizəsində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
---------------------
Bu gün qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayır.
Sportnet.az xəbər verir ki, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulacaq.
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan) - 4:3
1/4 final: Leyla Qurbanova - Vanesa Kaladjinskaya (Belarus) - 0:10
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan) - 0:6
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) - 2:3
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail) - 4:0
1/4 final: Elis Manolova - Danute Domikaytite (Litva) - 4:1
1/2 final: Elis Manolova - Xanım Vəliyeva (Rusiya) - 0:6
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya) - 1:3
Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Təsnifat turniri martın 21-də başa çatacaq.
Qeyd edək ki, bu gün eyni zamanda kişi sərbəst güləşçilər arasında medal görüşləri baş tutacaq. Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Abubakr Abakarov (86 kq) isə təsəlliverici görüşə çıxıb.
Abakarov Ermənistan təmsilçisi Hovhannes Mxitaryanı məğlub edib və bürünc medal görüşündə Slovakiya pəhləvanı Boris Makoyevə rəqib olub.
Finala yüksəlməklə olimpiadaya lisenziyanı təmin etmiş Əliyev qızıl medal qarşılaşmasında Ermənistan təmsilçisi Vazgen Tevanyana, Hacıyev isə Gürcüstandan olan Avtandil Kentçadzeyə rəqib olub.
Bazarqanov bürünc medal qazanmaq üçün Moldova güləşçisi Petru Kraçunu, Məhəmmədov Xose Kuba Vaskes (İspaniya) /. Paris Karepi (Albaniya) cütünün qalibini yenməlidir.