
Azərbaycanın taekvondoçu gənclərdən ibarət milli komandası Ukraynanın paytaxtı Kiyevə yollanıb.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, komanda üzvləri Ukrayna millisi ilə birgə təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov heyətə 12 gənc taekvondoçunu cəlb edib.
Kənan Əmiraslanov, Səyyad Dadaşov, Eltac Qafarov,Pünhan Mürsəlov, Nizami Hacıyev, Göydəniz Hüseynov, Fuad Təhməzov, Şamil Mirzəyev, Nicat Hacıyev, Xıdır Məmmədov, Vaqif Hacıyev və Nihad Həsənov millinin heyətində yer alıb.
Qeyd edək ki, gənclər millisi artıq ikinci dəfədir təlim-məşqləri Ukrayna yığması ilə birgə keçirir. Məşqlər 10 gün davam edəcək.