Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 125 kq-da yarışan Camaləddin Məhəmmədov "bürünc" uğrunda albaniyalı Paris Karepi ilə qarşılaşıb.
Rəqibinə 11:0 hesabı ilə qalib gələn idmançı Azərbaycana lisenziya turnirində 4-cü medalı qazandırıb.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) isə bürünc medala yiyələnib.
86 kq-da güləşən Abubakr Abakarov isə bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə uduzub.
-------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib.
Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.
Qeyd edək ki, Hacı Əliyevlə (65 kq) yanaşı, H.Hacıyev də Tokio olimpiadasına lisenziya əldə edib.
19:27
----------------
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 65 kq-dakı idmançı finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə çıxıb.
Əliyev finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
-----------------
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı moldovalı Petru Krakiun ilə üz-üzə gəlməli idi.
Lakin rəqib tatamiyə çıxmaq istəmədiyi üçün Bazarqanova texniki qələbə verilib.
Qeyd edək ki, bu, Azərbaycanın turnirdəki ilk medalıdır.