Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 87 kq-da yarışan idmançı final yolunda isveçrəli Ramon Betşart ilə üz-üzə gəlib.
Rəqibini 6:1 hesabı ilə məğlub edən Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.
Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.
85 kq-dakı Murad Məmmədov isə yarımfinalda Almaniya təmsilçisi Etienne Kinsinqerə uduzmaqla lisenziya şansını əldən verib.
Abbasov sabah qızıl medal uğrunda Gürcüstan güləşçisi Laşa Qobadze ilə qarşılaşacaq. Məmmədov isə Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya) cütünün qalibi ilə "bürünc" görüşünə çıxacaq. 77 kq-da mübarizə aparan Sənan Süleymanov isə təsəlliverici görüşdə qüvvəini sınayacaq. Onun rəqibi polşalı Mateuş Volni olacaq.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi isə Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Kişilərin mübarizəsində Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qadın güləşçilər isə lisenziyasız qalıb. Yalnız Tatyana Omelçenko (62 kq) bürünc medalla kifayətlənib.
------------------
Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Azərbaycanın 6 təmsilçisindən 2-si yarımfinala yüksəlib.
Murad Məmmədov (60 kq) ilk görüşdə litvalı rəqibini sıradan çıxarıb. 1/4 finalda isə o, Ermənistanı təmsil edən Avropa çempionu Gevorq Qaribyana qalib gəlib.
İslam Abbasov (87 kq) isə debütdə Bolqarıstan idmançıdan güclü olub. Daha sonra İsveç təmsilçisinə qalib gələn Abbasov yarımfinala yüksəlib.
Digər pəhləvanlara gəldikdə, İslambek Dadov (67 kq) təsnifat mərhələsində Rumıniyadan olan rəqibinə vaxtından əvvəl qalib gəlib. Yığma üzvü ardından Polşanı təmsil edən erməni güləşçinin lisenziya ümidlərini puça çıxarıb. Lakin o, 1/4 finalda Ermənistan idmançısına yenilib.
Sənan Süleymanov (77 kq) yarışa Moldova güləşçisi üzərində inamlı qələbəylə start verib. Ancaq o, Xorvatiya təmsilçisi ilə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətdən qaça bilməyib.
Murad Lokyayev (97 kq) ilk mərhələdə Yunanıstandan olan həmkarına gücünü göstərib. 1/4 finalda isə Lokyayev Çexiya idmançısına uduzub.
Beka Kandelaki (130 kq) isə zədə üzündən xalça üzərinə çıxmayıb.
Qeyd edək ki, yarımfinalda Murad Məmmədov Almaniyadan olan Etyen Kinsingerlə, İslam Abbasov isə İsveçrə güləşçisi Ramon Rayner Betşartla üz-üzə gələcək. Bu mərhələni keçəcək güləşçi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Yunan-Roma güləşi
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva) - 7:4
1/4 final. Murad Məmmədov - Gevorq Qaribyan (Ermənistan) - 5:1
1/2 final. Məmmədov - Etyen Kinsinger (Almaniya) - 3:5
Bürünc medal görüşü: Murad Məmmədov - Helari Maeqisalu (Estoniya) / İvan Lizatoviç (Xorvatiya)
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya) - 9:0
1/8 final: İslambek Dadov - Gevorq Sahakyan (Polşa) - 4:1
1/4 final. İslambek Dadov - Slavik Qalstyan (Ermənistan) - 6:14
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova) - 10:3
1/4 final. Sənan Süleymanov - Bojo Starçeviç (Xorvatiya) - 1:1*
Təsəlliverici görüş: Sənan Süleymanov - Mateuş Volni (Polşa)
87 kq
1/8 final: İslam Abbasov - Daniel Aleksandrov (Bolqarıstan) - 5:1
1/4 final. İslam Abbasov - Kristoffer Berq (İsveç) - 6:1
1/2 final. İslam Abbasov - Ramon Rayner Betşart (İsveçrə) - 6:1
Final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan) - 10:1
1/4 final. Murad Lokyayev - Artur Omarov (Çexiya) - 3:4
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan) - -:+
Qeyd edək ki, bu gün həmçinin qadın güləşçilər arasında medal görüşləri keçiriləcək. Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) "bürünc" uğrunda mübarizə aparacaq. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər.
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan) 4:3
1/4 final: Leyla Qurbanova - Vanesa Kolodinskaya (Belarus) 0:10
Bürünc medal görüşü: Leyla Qurbanova - Yuliya Leorda (Moldova)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan) 0:6
Təsəlliverici görüş: Alyona Kolesnik - Veronika Çumikova (Rusiya) 0:11
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) 2:3
Təsəlliverici görüş: Tatyana Omelçenko - Sara Da Kol (İtaliya) 6:0
Bürünc medal görüşü: Tatyana Omelçenko - Elif Yeşilırmak (Türkiyə)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail) 4:0 (tuşe)
1/4 final: Elis Manolova - Danute Domikaytite (Litva) 4:1
1/2 final: Elis Manolova - Xanım Vəliyeva (Rusiya) 0:6
Bürünc medal görüşü: Elis Manolova - İrina Ringaci (Moldova)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya) 1:3
Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində 4 medal qazanıb. Sərbəst güləçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələnib. H.Əliyev və H.Hacıyev eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.