Azərbaycanın daha bir cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsindəki Nurlan Kəriml finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq, 2-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl 48 kq-da Könül Əliyeva və 55 kq-da Murad Əliyev gümüş medal əldə edib.
-----------------------------------------
Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı İlariya Finestronenə uduzaraq, gümüş medal qazanıb.
------------------------------------------
Azərbaycan cüdoçusu Murad Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan idmançı finalda gürcüstanlı Daviti Lomitaşvili ilə qarşılaşıb. Rəqibinə ipponla uduzan Əliyev ikinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün, həmçinin, 48 kq-da Könül Əliyeva və 60 kq-da Nurlan Kərimli də final görüşünə çıxacaqlar.