Bu gün Avropa Liqasının III turunda "Qarabağ" Yunanıstanın PAOk klubu ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Bakıdakı TofiqBəhramov adına Respublika Stadionunda keçirilib.
J qrupunun mübarizəsində komandalar ilk hissədə fərqlənməyə çalışsalar da, hücumlar nəticə verməyib. Fasilədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda daha da aktivləşib. Meydan sahibləri oyunun 56-cı dəqiqəsində istəyinə çatıb. Dani Kintana rəqib qapısına yol tapıb.
Hücumların sayını artıran "Qarabağ" ikinci dəfə Saloniki təmsilçisini məyus etməyi bacarıb. 86-cı dəqiqədə qapıçı ilə təkbətək çıxan Rahid Əmirquliyev dueldən qalib ayrılıb - 2:0.
Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb.
Bu nəticə ilə "Qarabağ" 4 xalla qrupda ikinci yerə yüksəlib. Aktivində 4 xal olan PAOK isə qrup üçüncüsüdür. Bugünkü oyunda İtaliya "Fiorentina"sına məğlub olan Çexiyanın "Slovan" klubu sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu Yunanıstanda eyni rəqibə qarşı keçirəcək.
Avropa Liqası, qrup mərhələsi, III tur
20 oktyabr
21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) - 2:0
Qol: Dani Kintana, 56. Rahid Əmirquliyev, 86
Baş hakim: Alon Yefet
Yan xətt hakimləri: Danni Krasikov, Nissan Davidi
Əlavə köməkçi hakimlər: Roy Reynşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail)
Hakim inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolfe Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.