Futbol üzrə Azərbaycan millisi FİFA-nın son reytinq siyahısında 45 pillə irəliləyərək 88-ci sırada qərarlaşıb. Sportnet.az-ın məlumatına görə, bu, siyahıda ikinci ən böyük sıçrayış kimi qeydə alınıb.
Ən yaxşı göstərici 49 pillə irəliləyərək, 326 xalla 56-cı mövqedə yer alan Monteneqro yığmasına məxsusdur.
Azərbaycan ilk dəfə 2013-cü ilin məhz oktyabr ayında 88-ci pillədə qərarlaşıb. Hazırkı göstərici millinin tarixində ən yaxşı 6-cı nəticədir. 2014-cü ilin aprel və may aylarında Berti Foqtsun rəhbərlik etdiyi komanda 85-ci pillədə yer alıb. Həmin ilin iyununda 83-cü pilləyə yüksələn Azərbaycan iyulda 73-cü pillədə dayanıb. Milli komanda avqust ayında da 73-cü pilləni əldən verməyib.
Üstəlik Azərbaycan yığması Cənubi Qafqaz ölkələri arasında 1-ci, keçmiş SSRİ ölkələri arasında ən yaxşı göstəriciyə malik 5-ci komandadır. Yığma komanda bu siyahıda yalnız Ukrayna, Özbəkistan, Rusiya və Belarusdan geri qalır:
29. Ukrayna - 803 (0)
48. Özbəkistan - 617 (+1)
53. Rusiya - 594 (-15)
77. Belarus - 452 (-20)
88. AZƏRBAYCAN - 404 (+45)
90. Qazaxıstan - 386 (-7)
98. Litva - 347 (+19)
99. Qırğızıstan - 343 (+9)
114. Türkmənistan - 309 (+2)
116. Latviya - 306 (-21)
119. Estoniya - 299 (+11)
122. Gürcüstan - 276 (+15)
125. Ermənistan - 270 (-13)
140. Tacikistan - 227 (+4)
173. Moldova - 119 (-12)