Bakıda səfərdə olan əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Avropa Liqasının qrup mərhələsində "Qarabağ” – PAOK matçını izləməyə gəlməyib. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı hücumçu hazırda matç keçirilən Tofiq Bəhramov adına Respublika stadionda yox, qaldığı "Four Seasons” otelindədir.
O, istirahət etməyi üstün tutub. "Qarabağ”da onu həmyerlilərindən yarımmüdafiəçi Riçard Almeyda meydandadır. Hücumçu Reynaldo Silva isə oyun öncəsi məşqdə zədələndiyindən heyətdən kənara qalıb.
Xatırladaq ki, Bakıda futbol akademiyasını açacaq Ronaldinyo Bakıya "Qəbələ” klubu dəvəti ilə gəlibş