1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Muarem Muarem: "Bu qələbəni qırılma nöqtəsi saymaq olar" - MÜSAHİBƏ
"Qəbələ"nin legioneri Muarem Muraem Avropa Liqasının qrup mərhələsində PAOK üzərində qələbə qzaandıqları oyundan sonra müsahibə verib. Makedoniyalı yarımmüdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da sualını cavablandırıb.
- Həlledici oyunda qalib gəldiniz. Təəssüratların necədir?
- Çətin rəqiblə qarşılaşacağımızı öncədən bilirdik. PAOK-u yaxşı təhlil etmişdik. Hamımız oyunun vacibliyini yaxşl başa düşürdü. Matçdan bərabərlik və ya məğlubiyyətləı ayrılacağımız halda qrupdan çıxmaq şansımız xeyli azalacaqdır. Ciddi hazırlaşmışdıq. Hər kəs nikbin düşünürdü. Bu, həm oyundan əvvəl, həm də matçın gedişində idi, Görüşdən sonra da belə olmaq lazım idi. Şükür ki, qələbəni qazandıq. Qarşıda Yunanıstanda oyunumuz var. Belə uğurlu çıxışımızı davam edərik.
- Çox epizodlarda topu itirirdin. Bu, nəylə bağlı idi?
- Bəzən çox qol istəyimiz zamanı, xüsusilə hücumda çıxış edən futbolçunun oyunu alınmır. 90 dəqiqədə konsentrasiyanı itirməmək lazımdır. Hər halda, qol vurmasam da, məhsuldar ötürmə verdim. Komandaya faydalı oldum. İnşallah, qarşıdakı oyunlarda qol vurmağa çalışacağam.
- Səfərdə xal qazanmaq mümkün olacaq?
- Təbii ki, hər zaman meydana qələbə üçün çıxır, ən pis halda, bərabərliklə ayrılmaq istəyirik. Məqsəd 3 xal olacaq.
- Meydançanın vəziyyəti, yağışın yağması oyununuza mane olmurdu?
- Ümumilikdə yaxşı idi. Yağış olanda bir az ot qalxır.
- Qazon "Göteborq”la oyundakı kimi idi?
- Yox, fərqli idi. Yeni qazondur, yavaş-yavaş bunu həll edərlər.
- Oyunun əvvəlində qaçırdığın epizodda nə baş verdi?
- Top sağ ayağma gəlməli idi, ancaq sola gəldi. Mən də həmi ayağın dabanı ilə zərbə vurdum. Pis alındı. Çox şükür ki, 2:0 hesabı ilə qazandıq.
- Qolların gecə gəlməyi gərginlik yaradırmı?
- Yox. Dediyim kimi, çox sakit idik. Hər kəs bir-biriə güvənirdi, çox nikbin danışırdıq.
- PAOK-u daha yaxından tanıdınız. Səfərdəli oyunda nəyi dəyişməyə ehtiyac var?
- Oyunumuzu artırmağımız lazımdır. Çünki orda çox fərqli matç olacaq. Rəqib daha çox hücum etməyə çalışacaq. Bu üzdən diqqətli olmağımız lazımdır.
- Bu oyun gözlənidiyiniz kimi keçdi?
- Yüz faiz. Oyunun axarının belə olacağını gözləyirdik.
- 70-ci dəqidədən sonra komanda hücuma çox qaçmırdı. Bu, yorğun olmağınızla bağlı idi, yoxsa?
- Baş məşçqimiz oyundan öncə dedi ki, 90-ci dəqiyədək diqqətli olmağımız lazımdır. Bundan artıq imkanlar qazana bilərdik. Çox diqqətli oynadıq. Bəlkə ona görə hücuma çox keçmirdik. Bizim oyunla bağlı öz düşüncəmiz var.
- Zədəli futbolçuların yoxluğu hiss olundu?
- Olundu, ancaq çox da sıxıntı olmadı. Hər kəs bir-birini əvəzləmək gücündədir. Məsələn, Rahid oynadı, qol vurdu.
- Rəşad Sadıqov da meydana ağrəkəsici iynə vuraraq çıxmışdı. Bu müdafiədə daha ehtiyatlı olmağa sizi vadar edirdi?
- Rəşad təcrübəli futbolçudur. Yaxşı ki komandamızdadır. Fərq etmız zədəli oynayır, ya yox. Müdafiədə çox etibarlıdır.
- Püşk alıtdıqdan sonra hamı deyirdi ki, "Qarabağ" bu qrupdan çıxmalıdır. Sən bu haqda necə düşünürsən?
- Bu matçda qalib gəlməsəydik, çox az şansımız olacaqdı. İlk 2 oyunda qalib gələ bilmədik. Təbii ki, bu qələbəni qrupdan çıxmaq baxımından qırılma nöqtəsi hesab etmək olar.