1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Hər üç rəqibimizdən zəifik"
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Fransada "Sent-Etyen"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis sərgilədikləri oyundan məyus olmadıqlarını bildirib.
O deyib ki, "Sent-Etyen" qanunauyğun olaraq, qələbə qazanıb: "Rəqib bizdən güclü idi. Daha çox qol vurmaq üçün imkanlar yaratdılar. Ona görə də nəticənin oyuna görə olduğunu hesab edirəm. Bu nəticən ilə nə öyünə, nə də çox da kədərlənə bilərik. Çox güclü komandaya uduzduq".
Mətbuat konfransında iştirak edən, özünü müstəqil jurnalist adlandıran almaniyalı həmkarımız Qriqorçuka Odessa "Çernomorets"ində ikən 3 il öncə Sent-Etyen yaxınlığındakı Lionda eyniadlı komanda ilə üz-üzə gələrək, yaxşı oynadığı halda uduzduğunu xatırladıb. Həmkarımız 51 yaşlı mütəxəssisdən həmin oyunla indiki arasında hansısa paralel aparmağın mümkün olub-olmadığını soruşub. Qriqorçuk isə bildirib ki, bu, mümkün deyil: "Çünki həmin vaxt fərqli statusda idik. "Lion"la qrup yox, 1/16 final mərhələsinin görüşünə çıxmışdıq. Üstəlik, hər iki matçı bərabər səviyyədə keçirmişdik və növbəti mərhələyə yüksələcəyimizə ümid edirdik. Amma "Qəbələ"də Avropa Liqası hesabına təcrübə toplayırıq. Görürəm ki, qrupdakı hər üç rəqibdən zəifik. Amma əvəzində təcrübə toplamaq imkanına malikik, komandamıza lazım olanı aşılamaq imkanımız var".