1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asif Məmmədov: "Xal qazanmağımıza "Sent-Etyen"in adı mane oldu"
"Oyundan əvvəl rəqibi təhlil edib, bu komandadan xal almağın mümkünlüyünü görmüşdük. Qarşılaşmanın gedişi də bunu göstərdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin futbolçusu Asif Məmmədov Avropa Liqasının qrup mərhələsində Fransanın "Sent-Etyen" klubu ilə oyundan sonraklubun saytına açıqlamasında bildirib. Onun sözlərinə görə, 0:1 hesabı ilə məğlub odluqları matçda müdafiədə bir az çox oynamaları səfərdə çıxış etmələri ilə bağlıdır: "Bu da normal qarşılanmalıdır. Görüş 0:0 hesabı ilə başa çata bilərdi. Amma bəxtsizlikdən öz qapımıza vurulan qol xal qazanmağımıza mane oldu. Heyətdəki itkilər də oyunumuza təsirini göstərdi. Tam heyətlə oynayıb, "Sent-Etyen”lə Bakıdakı matçda nəinki 1, hətta 3 xal da qazana bilərik".
Məmmədovun fikrincə, oyunu ümumilikdə normal səviyyədə keçiriblər: "Xal qazanmağımıza səfərdə oynamağımız və "Sent-Etyen”in adı mane oldu. Hərçənd, oyun vaxtı hiss etdik ki, bu komandaya qalib gəlmək də olar. Amma həddən artıq top itirdik. Daha inamlı oynayıb, topa nəzarət etməliydik. Fikrimcə, avtoqol qeydə alınmasaydı, rəqib qapımıza yol tapa bilməyəcəkdi”.