1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" qazandı, Azərbaycan irəlilədi
Azərbaycan UEFA-nın reytinqində 1 pillə irəliləyib. Sportnet.az-ın məlumatına görə, ölkəmiz Avropa Liqasında cari mövsümdə ilk qələbə qazanan "Qarabağ”ın sayəsində hesabına 0.500 xal yazıb.
Bununla da 1 pillə irəliyərək 24-cü yerə qalxan Azərbaycan 17.250 xalla Kipri qabaqlayıb. Ada təmsilçisi bizdən 0.200 xal geridədir. Ölkəmizi 1 pillə qabaqlayan İsrailin 17.875 xalı var və 0.625 xal üstündür. "Qəbələ” Fransada "Sent-Etyen”ə uduzduğundan aktivimizə xal yazdıra bilməyib.
"Qarabağ” cari növsümdə qazanılan xallara (3.750) görə artıq "Qəbələ”ni keçib. Belə ki, Ağdam klubu 1.625, "qırmızı-qaralar” 1.375 xal toplayıb. "Neftçi” ilə "Kəpəz” hərəyə 0.375 xal yığıblar.
Qeyd edək ki, qrupda qələbəyə görə 0.500, heç-heçəyə görə 0.250 xal verilir. Bu isə təsnifat mərhələsində müvafiq nəticələrə görə verilən xallardan 2 dəfə çoxdur.