1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əliyar Ağayevin idarə etdiyi oyunda kobud səhv - VİDEO
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında keçirilmiş matçı idarə edib.
Sportnet.az-ın məlumatına görə, Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, "Braqa"dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.
Miloşeviç vurduğu qol zamanı top ona ötürülərkən, oyundankənar vəziyyətdə olsa da, yan xətt hakimi qayda pozuntusunu qeydə almayıb.
Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib.
Qeyd edək ki, oyun zamanı laynsmanlar Zeynal Zeynalovla Rza Məmmədov, əlavə köməkçi hakimlər Orxan Məmmədovla Rəhim Həsənov, 4-cü hakim isə Mübariz Haşımov olub.