1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Futbol+" 19 yaşında
Bu gün müstəqil Azərbaycan mətbuatının ən uzunömürlü layihələrindən olan "Futbol+" qəzetinin 19 yaşı tamam olur.
Mətbuatın hazırkı çətin durumunda bu nəşr nəinki ayaqda qalmağı, hətta ildən-ilə inkişaf etməyi bacarıb. 1997-ci il oktyabrın 21-də kiçik kollektivlə işə başlayan qəzet ötən müddətdə 50-dən çox bacarıqlı kadrlar yetişdirib. Hazırda onlar nəinki "Futbol+"in özündə, hətta müxtəlif dövlət qurumlarında, telekanallarda, klublarda, agentlik və saytlarda yüksək vəzifələrdə çalışırlar.
Həftədə 5 dəfə işıq üzü görən qəzetin bu gün 3642-ci sayı oxucularla görüşə gəlib.
Sportnet.az saytı "Futbol+" məktəbinin rəhbəri Mahir Rüstəmli başda olmaqla, qəzetin hazırkı kollektivini və məzunlarını əlamətdar gün münasibətilə təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayır.