1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rahid Əmirquliyev: "PAOK təhlükəli komandadır"
"Çox yaxşı hazırlaşmışdıq. Şadam ki, qələbə qazana bildik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Yunanıstan PAOK-u ilə baş tutmuş görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
İkinci qolun müəllifi rəqibi təhlükəli komanda kimi dəyərləndirib: "Son dəqiqələrdə qol vurdum. Buna baxmayaraq PAOK təhlükəli komandadır. Qol buraxmaq istəmirdik. Deməzdim ki, onlar bu gün üstün oynadı. Ancaq yaxşı komandaları var, sürəlti oyun nümayiş etdirirlər. Sonlarda hesab 2:0 idi və top saxlamağa imkan vardı. Ona görə də bu cür addım atdıq. İkinci qol qələbəmizin təminatçısı idi. Üçüncü qol heç bir xal vermir".
Əmirquliyev noyabrın 3-də Salonikidə keçiriləcək cavab oyunu haqda da danışıb: "Qələbə həmişə stimul verir. Amma PAOK-a qədər bizim Premyer Liqada "Neftçi" ilə oyunumuz var. İlk olaraq bu oyunu düşünürük. Daha sonra PAOK-la oyuna hazırlaşmaq olar. Çalışacağıq ki, səfər oyunundan da 3 xalla qayıdaq".
Yarımmüdafiəçi oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyündən və qol epizodunun vəziyyətindən razılıq ifadə edib: "Stadionun vəziyyəti ötən oyunlardakından daha yaxşı idi. Təkbətək çıxanda qapıçını keçmək istəyirdim. Amma gördüm imkan var, vurdum".
Qeyd edək ki, "Qarabağ" dünən baş tutan görüşdə 2:0 hesabı ilə PAOK-u məğlub edib.