UEFA Avropa Liqasının qrup mərhələsinin son turuna əsasən həftənin ən yaxşı futbolçusunu seçib. Sportnet.az-ın məlumatına görə, 8 namizəd arasında yer alan "Qarabağ”ın legioneri Dani Kintana böyük üstünlüklə qalib olub.
Belə ki, rəsmi saytda keçirilən səsvermədə 69 faizini toplayan 29 yaşlı ispaniyalı yarımmüdafiəçi ən yaxın izləyiciləri olan Viktor İbarbo ("Panatinaikos”, 8 faiz), Kevin Monnet Poqet ("Sent-Etyen”, 8 faiz), Pol Poqba ("Mançeter Yunayted”, 7 faiz səs), Raul Rusesku ("Osmanlıspor”, 4 faiz), Antonio Kandreva ("İnter”, 2 faiz), Yevgeni Konoplyanka ("Şalke, 2 faiz) və Nikolay Kaliniçi ("Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə qabaqlayır.
Qeyd edək ki, PAOK-la oyunda "Qarabağ”ın heyətində ən yaxşı futbolçu olan Kintana hesabı açıb.