1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın Avroliqada uğursuz yubileyi
Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsində yubiley oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, ölkəmizin 2012-ci ildən təmsil olunduğu qrupda 30-cu matçı "Qəbələ”nin Fransanın "Sen-Etyen” klubu ilə səfər qarşılaşmasına təsadüf edib. "Qarabağ”dan sonra meydana çıxan "qırmızı-qaralar” braziliyalı müdafiəçisi Rikardinyonun avtoqolu nəticəsində 0:1 hesabı ilə uduzub.
Məlum olduğu kimi, qrup mərhələsində 3 təmsilçimiz, debüt isə 2012-ci ildə "Neftçi” ilə olub. Bundan 2 il sonra "Qarabağ” həmin mərhələdə ilk dəfə çıxış edib. Son 2 mövsümdə isə qrupda 2 klubla – "Qarabağ” və "Qəbələ” ilə təmsl olunuruq.
Klublarımız 30 oyunda mənfi saldoya malikdirlər. Qrup mərhələsində cəmi 3 qələbəmiz var və o da "Qarabağ”la bağlıdır. Qalan 27 oyundan 10-u heç-heçə ilə nəticələnib, 17-də uduzmuşuq. Topların fərqi 21-47 rəqiblərin xeyrinədir.
"Neftçi” 6 oyundan 3-də heç-heçə edib, 3-də uduzub (4-8), "Qəbələ” keçirdiyi 9 matçdan 2-də bərabərliyə qalıb, 7-də məğlub olub (5-19).
Göründüyü kimi, qarşılaşmaların yarısı "Qarabağ”ın payına düşür. Qurban Qurbanovun komandası həmin 15 matçın 3-də qalib gəlib, 5-də heç-heçə edib, 7-də uduzub (12-20).