Futbol üzrə Türkiyə Super Liqasında VIII turun mərkəzi görüşü bu gün "Qalatasaray" və "Trabzonspor" komandaları arasında keçirilib. Sportnet.az-ın məlumatına görə, "Türk Telekom Arena"da oynanılan, Fırat Aydınusun idarə etdiyi qarşılaşma qonaqların 1:0 qələbəsi ilə nəticələnib. Qəbəbə topunun müəllifi 17-ci dəqiqədə fərqlənən afrikalı legionerr Dame N Doye olub.
Bununla da liderlər qrupunda qərarlaşan "Qalatasaray" ilk məğlubiyyətini uzun müddətdir qələbə üzünə həsrət qalan rəqibindən alıb.
Qonaq komandanın İstanbula aparılan heyətində Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev də yer alıb. Ancaq baş məşqçisi onu yenə ehtiyatda saxlamaqla Super Liqada debütünə imkan yaratmayıb.
Qeyd edək ki, "Qalatasaray" 8 oyundan 17 xalla 3-cü pillədə gedir. "Trabzonspor" isə 8 matçdan 10 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
20:00. "Qalatasaray" - "Trabzonspor" - 0:1
Qol: Dame N Doye, 17