"Həmişə "İnter” ilə oyunumuz çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına açıqlamasında bildirib.
Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında qəbul edəcəkləri "İnter"lə sabahkı oyunla bağlı fikirlərini açıqlayan təcrübəli mütəxəssis liderlərdən uzaqlaşmamaq üçün uğur qazanmalı olduğuqlarını söyləyib: "Oyunun mahiyyəti bəllidir. Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.