Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı baş hakim martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda Polşa – Latviya qarşılaşmasını idarə edəcək. Ona Rza Məmmədov və Namiq Hüseynov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, Polşa və Latviya G qrupunda yer alıb. İlk turda Polşa səfərdə Avstriyaya 1:0 hesabı ilə qalib gəlib. Latviya isə Makedoniyaya uduzub - 1:3.