
Uels milli komandasının futbolçusu Qaret Beyl 2020-ci il Avropa çempionatının seçmə mərhələsindən gözləntilərini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu Azərbaycan yığmasının da yer aldığı qrupda birini yeri hədəflədiklərini vurğulayıb. O, istəklərini reallaşdıra bilməmək üçün səbəb görmədiyini deyib: "Bizi həmişə uğursuzlar adlandırırlar. Amma bukmeykerlər hər zaman haqlı olmurlar. Seçmə mərhələyə qrup qalibi olmaq üçün başlayırıq".
Beylin fikrincə, ilk turda Slovakiyanın Macarıstanı 2:0, Xorvatiyanın isə Azərbaycanı 2:1 hesabı ilə yenməsi heç nəyi dəyişdirmir: "Çətin qrupda olduğumuzu anlayırıq. Böyük turnirlərə çıxmaq hər zaman çətindir. Amma biz hazırıq və mümkün olan hər şeyi edəcəyik".
Qeyd edək ki, bu gün Kardiff şəhərində keçiriləcək Uels - Slovakiya matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.