2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun növbəti görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 oyun təşkil olunub.
A qrupunda UEFA Millətlər Liqasında qrup qaliblərindən olan Kosovo yığması Bolqarıstanı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaq komandanın heyətində "Qarabağ"dan dəvət almış yarımmüdafiəçi Simeon Slavçev sonadək meydanda olub. O, 36-cı dəqiqədə sarı vərəqə ilə yadda qalıb.
Bu qrupun digər qarşılaşmasında Monteneqro ilə İngiltərə üz-üzə gəlib. Hesabı meydan sahibləri açsa da, qonaqlar yenə 5 qol vuraraq, böyük hesablı qələbə qazanıblar. İlk turda Bolqarıstan Monteneqro ilə 1:1 hesablı heç-heçə etdiyi halda, İngiltərə Çexiyanı darmadağın etmişdi - 5:0. Kosovo isə heç-heçəyə qrupdakı ilk rəsmi oyununda nail olub.
B qrupunda Lüksemburq Ukraynanı, Portuqaliya isə Serbiyanı qəbul edib. İlk turda olduğu kimi, Portuqaliya yenə qələbə qazana bilməyib. Oyunun əvvəllərində penalti qolu ilə geri düşən son Avropa çempionları 30-cu dəqiqədə kapitan Kriştianu Ronaldunun zədələnməsi ilə daha bir zərbə alıb. Lakin meydan sahibləri fasiləyədək bərabərlik qolunu vurmağa müvəffəq olub və yenə 1 xalla kifayətlənib.
Ukrayna ilə hesabda geri düşdüyü oyunda əzmkar qələbə qazanıb - 2:1. Son qolu "cırtdan ölkə"nin oyunçusu öz qapısına vurub. İlk turda Lüksemburq Litvanı 2:1 hesabı ilə yenmiş, Portuqaliya - Ukrayna matçında qolsuz heç-heçə qeydə alınmış, Serbiya isə istirahət etmişdi.
Nəhayət, H qrupunda hər 3 oyun böyük hesablı qələbələrlə yekunlaşıblar. Türkiyə millisi Moldovanı 4:0 hesabı ilə yenərək, ardıcıl 2-ci qələbəsinə imza atıb. Fransa da öz meydanında eyni hesabla İslandiyaya qalib gəlib. Qonaq komandada bütün qolları "Qarabağ"ın qolkiperi Hannes Halldorsson buraxıb.
Bakının AZAL klubunun sabiq futbolçusu Ervin Bulkunun müvəqqəti baş məşqçi olduğu Albaniya yığması isə səfərdə Andorranın qapısından 3 top keçirib.
İlk turda Türkiyə səfərdə Albaniyaya, İslandiya Andorraya 2:0, Fransa isə Moldovaya 4:1 hesabı ilə qalib gəlmişdi.
-------------------
Türkiyə milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, H qrupunda yer alan "ay-ulduzlular" 2-ci turda Moldova yığması ilə qarşılaşıb. Eskişehir Yeni Stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanın canlı izlədiyi qarşılaşmada hesabı 24-cü dəqiqədə Hasan Ali Kaldırım açıb. Bundan 2 dəqiqə sonra Cenk Tosun fərqi artırıb. 53-cü dəqiqədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz penaltidən yararlana bilməyib. Lakin cəmi 1 dəqiqə sonra Tosun özünün ikinci, komandasının üçüncü qolunu vurub. Son nöqtəni isə 70-ci dəqiqədə Kaan Ayhan qoyub.
Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan Türkiyə yığması xallarını 6-ya çatdırıb. Moldova isə yenə qapısından 4 top buraxıb. İlk turda bu komanda Kişinyovda Fransaya uduzub - 1:4. "Ay-ulduzlular" isə evdə Albaniyaya 2:0 hesabı ilə qalib gəlib. H qrupunda 2-ci tura saat 23:45-də başlanacaq Fransa - İslandiya və Andorra - Albaniya matçları ilə yekun vurulacaq.
-----------------------
Bu gün 2020-ci il Avropa çempionatının seçmə mərhələsində II turun növbəti görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 oyun təşkil olunacaq.
A qrupunda UEFA Millətlər Liqasında qrup qaliblərindən olan Kosovo yığması Bolqarıstanı qəbul edəcək. Qonaq komandanın heyətində "Qarabağ"dan dəvət almış yarımmüdafiəçi Simeon Slavçev də yer alıb. Bu qrupun digər qarşılaşmasında Monteneqro ilə İngiltərə üz-üzə gələcək. İlk turda Bolqarıstan Monteneqro ilə 1:1 hesablı heç-heçə etdiyi halda, İngiltərə Çexiyanı darmadağın edib - 5:0. Kosovo isə rəsmi oyun keçirməyib.
B qrupunda Lüksemburq Ukraynanı, Portuqaliya isə Serbiyanı qəbul edəcək. İlk turda Portuqaliya Ukrayna ilə qolsuz heç-heçə etdiyi halda, Lüksemburq Litvanı 2:1 hesabı ilə udub, Serbiya isə istirahət edib.
Nəhayət, H qrupunda Türkiyə yığması Moldovanı, Andorra Albaniyanı, Fransa İslandiyanı qəbul edəcək. İlk turda Türkiyə səfərdə Albaniyaya qalib gəlib - 2:0. Bu görüşdən sonra Albaniya millisinin baş məşqçisi Kristian Panuççi istefaya göndərilib. "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun da yer aldığı İslandiya yığması səfərdə Andorraya eyni hesabla qalib gəlib. "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçukun çıxış etdiyi Moldova isə seçmə mərhələyə Fransaya 1:4 hesablı ev məğlubiyyəti ilə başlayıb.
AVRO-2020, seçmə mərhələ
II tur
25 mart
A qrupu
23:45. Monteneqro - İngiltərə - 1:5
Qol: Marko Veşoviç, 18 - Maykl Kin, 30. Ross Barkli, 39; 59. Harri Keyn, 71. Rahim Sterlinq, 81
23:45. Kosovo - Bolqarıstan - 1:1
Qollar: Arber Zeneli, 61 - Vasil Bojikov, 39
Xal durumu: İngiltərə - 6, Bolqarıstan - 2, Kosovo - 1, Monteneqro - 1, Çexiya - 0.
B qrupu
23:45. Portuqaliya - Serbiya - 1:1
Qollar: Danilu, 42 - Duşan Tadiç, 7 (pen.)
23:45. Lüksemburq - Ukrayna - 1:2
Qollar: David Türpel, 34 - Viktor Tsıqankov, 40. Gerson Rodriges, 90+3 (öz qapısına)
Xal durumu: Ukrayna - 4, Lüksemburq - 3, Portuqaliya - 2, Serbiya - 1, Litva - 0.
H qrupu
21:00. Türkiyə - Moldova - 4:0
Qollar: Hasan Ali Kaldırım, 24. Cenk Tosun, 26; 54. Kaan Ayhan, 70
Dəqiq yerinə yetirilməyən penalti: Burak Yılmaz, 53 (Türkiyə)
23:45. Fransa - İslandiya - 4:0
Qollar: Samüel Yumtiti, 12. Olivye Jiru, 68. Kilian Mbappe, 78
23:45. Andorra - Albaniya - 0:3
Qollar: Armando Sadiku, 21. Bekim Balyay, 87. Amir Abraşi, 90+6
Xal durumu: Fransa - 6, Türkiyə - 6, Albaniya - 3, İslandiya - 3, Andorra - 0, Moldova - 0.