
UEFA 2020-ci il Avropa çempionatının maskotunu təqdim edib.
Sportnet.az xəbər verir ki, maskotun adı "Skilz"dir. Bu da ingilis dilindən tərcümədə "vərdişlər" ("skills") deməkdir.
Yeni maskotun sərbəst futbol oyunçularının ("Freestyler") keyfiyyətlərini özündə birləşdirdiyi bildirilir. Maskotun təqdimatına məşhur fristaylerlər Liv Kuk və Tobias Beks dəvət olunub. Onlar Amsterdamda AVRO-2020-nin seçmə mərhələsinin Hollandiya - Almaniya oyunu öncəsi baş tutan rəsmi təqdimat zamanı "Skilz"lə birgə topla oynamaq məharətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, AVRO-2020 qitənin 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.