Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu zədələnib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsinin II turunda yığmanın Serbiya ilə ev oyununda sol ayaq əzələsini dartıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Ronaldu oyunu davam etdirə bilməyib. Onu 30-cu dəqiqədə Pitsi əvəzləyib.
Qeyd edək ki, hazırda Serbiya öndədir - 1:0.