
2020-ci il Avropa çempionatının seçmə mərhələsində 2-ci turun son görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun üçüncü oyun günündə 3 qrupda 8 qarşılaşma baş tutub və qapılara ümumilikdə 32 qol vurulub.
İlk matçda Ermənistan və Finlandiya yığmaları üz-üzə gəlib. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Bu, Ermənistanın ardıcıl ikinci məğlubiyyəti olub. J qrupunun digər görüşlərində Bosniya və Herseqovina Yunanıstan üzərində qələbəni azlıqda qaldıqdan sonra əldən verib - 2:2. İtaliya isə öz meydanında Lixtenşteyni darmadağın edib - 6:0. Qonaqlar qırmızı vərəqə üzündən ikinci hissəni azlıqda keçirməli olublar. Meydan sahibləri isə ardıcıl ikinci qələbəni qazanıblar. 1-ci turda Ermənistan səfərdə Bosniya və Herseqovinaya 1:2, Finlandiya öz meydanında İtaliyaya, Lixtenşteyn rəqib meydanında Yunanıstana 0:2 hesabı ilə uduzub.
Ən az qolun vurulduğu oyun D qrupunda İrlandiya və Gürcüstan yığmaları arasında keçirilib. Meydan sahibləri minimal hesablı qələbə ilə xallarını 6-ya çatdırıblar. Qonaq komanda isə ardıcıl ikinci məğlubiyyətlə üzləşib. İsveçrə - Danimarka matçı isə məhsuldar və dramatik alınıb. Meydan sahibləri 3:0 hesabı ilə öndə olduqları halda, qonaqlar 84-cü dəqiqədən başlayaraq, bu qolların əvəzini çıxmağa müvəffəq olublar - 3:3. İlk turda Gürcüstan İsveçrəyə 0:2 hesabı ilə uduzduğu halda, İrlandiya səfərdə Cəbəllütariqi minimal hesabla yenib - 1:0. Danimarka isə qrupda ilk rəsmi oyununa bu gün çıxıb.
F qrupunda isə 3 görüş olub. Rumıniya Farer adalarını darmadağın edib - 4:1. İspaniya ardıcıl ikinci qələbəsini səfərdə Maltanı Alvaro Moratanın "dubl"u ilə üstələməklə əldə edib - 2:0. Norveç - İsveç görüşündə isə qapılara 6 top vurulub. Görüşün gedişində 0:2 hesabı ilə geri düşən qonaqlar 3 top vurublar. Lakin meydan sahibləri 7-ci uzatma dəqiqəsində məğlubiyyətdən xilas ola biliblər. İlk turda İspaniya Norveçə, İsveç Rumıniyaya, Malta Farer adaları yığmasına eyni hesabla qalib gəlib - 2:1.
AVRO-2020, seçmə mərhələ
II tur
26 mart
D qrupu
23:45. İrlandiya - Gürcüstan - 1:0
Qol: Konor Horiheyn, 36
23:45. İsveçrə - Danimarka - 3:3
Qollar: Remo Fröyler, 19. Qranit Caka, 66. Brel Embolo, 76 - Matias Yorgensen, 84. Kristian Qutkyaer, 88. Henrik Dalsqord, 90+3
Xal durumu: İrlandiya - 6, İsveçrə - 4, Danimarka - 1, Cəbəllütariq - 0, Gürcüstan - 0.
F qrupu
23:45. Rumıniya - Farer adaları - 4:1
Qol: Çiprian Dyak, 26. Klaudiu Keşerü, 29; 33. George Puşkas, 63 - Vilyormur Davidsen, 40 (pen.)
23:45. Norveç - İsveç - 3:3
Qollar: Byorn Yonsen, 41. Coşua Kinq, 59. Ola Kamara, 90+7 - Viktor Klasson, 70. Robin Kvayson, 87; 90+1
Dəqiq yerinə yetirilməyən penalti: Andreas Qrankvist, 70 (İsveç)
23:45. Malta - İspaniya - 0:2
Qol: Alvaro Morata, 31; 73
Xal durumu: İspaniya - 6, İsveç - 4, Rumıniya - 3, Malta - 3, Norveç - 1, Farer adaları - 0.
J qrupu
21:00. Ermənistan - Finlandiya - 0:2
Qollar: Fredrik Yensen, 14. Pürü Soyri, 90+2
23:45. Bosniya və Herseqovina - Yunanıstan - 2:2
Qollar: Edin Vişça, 10. Miralem Pyaniç, 15 - Konstantinos Fortunis, 64 (pen.). Dimitrios Kolovos, 85
Qırmızı vərəqə: Miralem Pyaniç, 65 (Bosniya və Herseqovina)
23:45. İtaliya - Lixtenşteyn - 6:0
Qollar: Stefano Sensi, 17. Marko Verratti, 32. Fabio Kvalyarella, 35; 45+3 (hər ikisi pen.). Moyze Kin, 70. Leonardo Pavoletti, 77
Qırmızı vərəqə: Daniel Kaufmann, 45+2 (Lixtenşteyn)
Xal durumu: İtaliya - 6, Yunanıstan - 4, Bosniya və Herseqovina - 4, Finlandiya - 3, Ermənistan - 0, Lixtenşteyn - 0.