"Belə yaxşı komandaya qarşı oynadıqda xal qazanmaq üçün bizə uğur lazımdır. Təəssüf ki, bu, olmadı".
Sportnet.az-ın məlumatına görə, bunu İslandiya yığmasında çıxış edən "Qarabağ"ın qapıçısı Hannes Halldorsson səfərdə Fransaya 0:4 hesabı ilə uduzduqları AVRO-2020-nin II tur matçı barədə danışarkən deyib. 34 yaşlı qolkiperin sözlərinə görə, rəqib son 4 ayda sürətli inkişafa nail olub. Halbuki, onun fikrincə, dünya çempionları UEFA Millətlər Liqasının noyabr qarşılaşmalarında belə səviyyədə olmayıblar.
Halldorsson İslandiya yığmasının oyununun da yaxşılaşacağına inam ifadə edib.
Qeyd edək ki, İslandiya yığması H qrupunda 2 turdan sonra 3 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə hərəyə 6 xala malik Fransa ilə Türkiyə başçılıq edir.