
Xorvatiya ilə səfərdə keçirdiyi Avropa çempionatının seçmə oyunu zamanı Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudovun soyadının forması üzərində yanlış yazılması ilə əlaqədar AFFA rəhbərliyi tədbir görüb.
Sportnet.az-ın qurumun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, texniki səhv üzündən məsul şəxslərə ciddi xəbərdarlıq olunub. Mahmudovun formasında soyadı "Makhmudıv" kimi yazıılıb. Bu, "Neftçi"nin yarımmüdafiəçisi 72-ci dəqiqədə meydana daxil olduğu vaxt diqqətdən yayınmayıb.
Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.