AFFA Azərbaycan millisinin futbolçularına mükafatı Litva yığması ilə yoldaşlıq matçındakı heç-heçəyə görə verilb.
Sportnet.az xəbər verir ki, bu barədə assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.
Onun sözlərinə görə, komanda üzvləri mükafatı AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesablı məğlubiyyətlə əlaqədar almayıblar: "Futbolçular AFFA-dan əlavə maaş almırlar. Yığmanın qələbə və heç-heçə ilə başa çatan matçlarından sonra oyunçulara mükafat verilir. Bu da normaldır".
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək. (Report)