
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev "Boluspor"un heyətində Türkiyə I Liqasında XXV turun oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Bursaspor"a qarşı forma geyinib. 37-ci dəqiqədə meydana girən Abdullayev komandasının 2:1 hesablı qələbəsində pay sahibi olub. O, 50-ci və 87-ci dəqiqələrdə Kabonqo Kasonqoya qol ötürməsi verib.
Bu qələbə sayəsində xalını 29-a çatdıran "Boluspor" 12-ci pilləyə yüksəlib.