Almaniya "Bavariya"sının futbolçusu Benjamen Pavar koronavirusdan sağalıb.
Sportnet.az klubun rəmi tvitter hesabına istinadən xəbər verir ki, fransalı müdafiəçi artıq məşqlərə başlayıb.
25 yaşlı oyunçu bu gün komanda ilə birlikdə hazırlıqda iştirak edib. Onun "Verder"lə qarşıdakı çempionat matçında iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, Benjamen Pavar fevralın 18-də koronavirusa yoluxmuşdu.