Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Ayşən Əhmədova Türkiyənin ALG Spor klubu ilə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Qeyd edək ki, ALG Spor ötən mövsüm Türkiyə çempionu olub və ölkəsini Çempionlar Liqasında təmsil edib.