"Sumqayıt"ın prezidenti Riad Rəfiyev komandanın baş məşqçisi Ayxan Abbasovu Premyer Liqada 100-cü oyununu keçirməsi münasibətilə təbrik edib.
Sportnet.az-ın məlumatına görə, Rəfiyev 40 yaşlı mütəxəssisə klubun "100" nömrəli idman geyimini hədiyyə edib. Klub prezidenti ilə yanaşı, komanda üzvləri də Abbasova təbriklərini çatıdırıblar.
Qeyd edək ki, Ayxan Abbasov Premyer Liqada keçirdiyi 100 oyunda 35 qələbə, 30 heç-heçə və 35 məğlubiyyət əldə edib. Baş məşqçi kimi debütü 2017-ci il yanvarın 29-na təsadüf edən mütəxəssis Premyer Liqada iki kluba rəhbərlik edib. O, 2017-18-ci illərdə “Zirə”ni 44, 2018-ci ildən indiyədək “Sumqayıt”ı 56 qarşılaşmaya çıxarıb.