"Neftçi"nin danışıq apardığı yaponiyalı futbolçu Keysuke Honda 2 gün öncə Portuqaliyanın "Portimonense" komandasının heyətində ilk məşqinə çıxıb.
Sportnet.az "maisfutebol" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinin Portimao şəhərinin Alqarve bölgəsindəki hazırlıq prosesində iştirak edib.
İddiaya görə, ötən ay "Portimonense" ilə müqaviləsini pozan təcrübəli oyunçu 2020/2021 mövsümündən elita klubunda çıxış edə bilər.
Qeyd edək ki, Keysuke Hondanın özü mətbuata açıqlamasında "Neftçi" ilə danışıqlar apardığını təsdiqləyib.