
Zəfərlə başa çatan Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin anadan olmasının bu gün 20-ci ildönümüdür.
Sportnet.az-ın məlumatına görə, vaxtilə “Kəpəz”in 16 yaşlılardan ibarət komandasında da forma geyinmiş futbolçunun xatirəsi I Divizionun oyununda anılıb.
Gəncə klubunun XVII turda "Neftçi-2” ilə matçından öncə şəhidin qardaşı Tamerlan və atası Vüqar Bürcəliyevlərə “Kəpəz”in üzərində İlqarın adı və yaşı yazılan 20 nömrəli forma təqdim edilib.
Azərbaycan Ordusunun əsgəri kimi İlqar Bürcəliyev Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb və Talışda şəhid olub. O, Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.