Futbol üzrə Fransa Super Kuboku uğrunda oyunun yeri məlum olub.
Sportnet.az Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu ilə kubokun qalibini üz-üzə gətirən qarşılaşma İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.
"Blumfild" stadionundakı görüş avqustun 1-də baş tutacaq.
Qeyd edək ki, Fransa Super Kubok uğrunda görüş ilk dəfə İsraildə oynanılacaq.