21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu cəlb olunub.
Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Bayrampaşaspor" klubunun müdafiəçisi Samet Karakoç yığmanın martın 14-də start götürəcək toplanışında iştirak edəcək.
19 yaşlı futbolçu hazırlıq prosesinə martın 18-də qoşulacaq. Təlimlər martın 29-dək davam edəcək.
Qeyd edək ki, "Bayrampaşaspor"un yetirməsi olan Samet Karakoç ötən il klubu ilə peşəkar müqavilə imzalayıb. Gənc futbolçu cari mövsümdə 10 oyunda meydana çıxıb.
Türkiyə III liqasının 4-cü qrupunda mübarizə aparan "Bayrampaşaspor" 23 turdan sonra 35 xalla 7-ci pillədə qərarlaşıb.