Azərbaycan Premyer Liqasında XX turun "Qarabağ" - "Sabah" matçından əvvəl baş hakim Orxan Məmmədov üçün jest edilib.
Sportnet.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik bu qarşılaşmadan sonra hakimlik karyerasını bitirəcək 36 yaşlı Məmmədova xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-2010-cü illərdə hakim köməkçisi, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.