"Deyiləsi bir söz yoxdur. Lənət üstümüzdən getmək istəmir".
Sportnet.az-ın məlumatına görə, bunları "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis ilk yarıda yaxşı oynadıqlarını bildirib: "Bilirdik ki, fasilədən sonra rəqib təzyiqi artıracaq. Bərabərlikdən sonra toparlana bildik, yenə qol vurduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Qarşıda fasilə var, çalışacağıq çatışmazlığı aradan qaldıraq".
Qurbanov komandanın müdafiəçisi İlkin Qırtımovun koronavirusa yoluxduğunu söyləyib: "Bu gün testin nəticəsi müsbət çıxdı. Onu dərhal izolyasiya etmişik".