"Neftçi"nin yeni transferi Keysuke Honda fərdi məşqlərə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abasov məlumat verib. O bildirib ki, yaponiyalı yarımmüdafiəçi komandaya verilən üç günlük fasilədən sonra kollektiv məşqlərdə iştirak edəcək.
Abasov yeni transferi milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində bir yoldaşlıq görüşü keçirmək istədiklərini və bu zaman onu meydana buraxmağı düşündüyünü də əlavə edib.